Təzə Mercedes sahiblərinə bəd xəbər!

23 Fevral 2015 11:00 (UTC+04:00)

Mercedes-Benz şirkəti 147 min avtomobilini geri çağırır.


Movqe.az xəbər verir ki, buna səbəb 2013-2015-ci illərdə buraxılmış sedan və universal modellərinin mühərriklərində alışma riskinin olmasıdır. Bu barədə Reuters agentliyi ABŞ-ın Yollarda Təhlükəsizlik Milli İdarəsinin hesabatına istinadla məlumat yayıb.


Hesabatda bildirilir ki, bu avtomobillərin mühərrik hissəsində olan rezin bərkidicilər yanacağı alışdırma sisteminə düşə bilər ki, bu da yanğına səbəb olar. Geri çağırılan avtomobillər arasında CLS və E sinfindən olan modellər də var. Aksiya ABŞ-da istifadədə olan avtomobillərə aiddir. Ötən həftə şirkət analoji addımı Avropa və Çin üzrə atmışdı.