Acun Ilıcalıya "İşdə Mənim stilim" cəzası

23 Fevral 2015 11:50 (UTC+04:00)

Radio-Televiziya Şurası mütəxəssisləri, proqramda yarışma formatından çıxılaraq reytinq uğruna insan ləyaqətinin heçə sayıldığı qənaətinə gəlib.

Movqe.az xəbər verir ki, Radio-Televiziya Şurası mütəxəssisləri, "İşdə Mənim Stilim" adlı yarışma proqramı səbəbiylə Tv8 kanalına cəza kəsiblər. Vətəndaşlardan gələn 561 şikayəti qiymətləndirib, proqramı gözləm altına alan Radio-Televiziya Şurası mütəxəssisləri, proqramda yarışma formatından çıxılaraq reytinq uğruna insan ləyaqətinin heçə sayıldığı qənaətinə gəlib və 23-24 yanvar tarixlərində yayımlanan proqram üçün kanala, bir əvvəlki ayın reklam gəlirlərinin 1% nisbətində pul cəzası kəsiblər.