"O Səs Türkiyə məni bitirdi, bitdi də rahatladım"

23 Fevral 2015 12:20 (UTC+04:00)

Acun Ilıcalının kanalı TV 8-də yayımlanan "O Səs Türkiyə"nin münsiflərindən biri olan Gökhan Özoğuz, "O Səs Türkiyə bitirdi məni, 5 ayda məhv oldum. Çox şükür bitdi, rahatladım" deyib. Yarışmanın finalında Ebru Gündəşin qrupundakı yarışmacı Elnur Hüseynovun qazanması ilə birlikdə Gökhan Özoğuzun proqramı əsəbi şəkildə tərk etdiyi iddia edilmişdi.

Movqe.az xəbər verir ki, "O Səs Türkiyə" finalında birinciliyi Ebru Gündəşə qapdıran Gökhan Özoğuz, əvvəlki axşam yarışma ilə əlaqədar sualları cavablandırıb.

Özoğuz, final sonrası münsiflər arasında gərginlik yaşandığı istiqamətində çıxan xəbərləri "Finala bir saatlıq yuxuyla qatıldım. O gün hamımız yorğunluqdan qaçdıq. Yarışmada hamımız bir-birimizi çox sevərək çalışmışıq "deyə danışıb.

Özoğuz, yenidən Acun Ilıcalı ilə birlikdə işləyə biləcəyini də bildirib.

O Səs Türkiyənin finalında yarışmanı Ebru Gündəşin dəstəklədiyi Elnur Hüseynovun qazanması sonrasında digər münsiflərin proqramı dərhal tərk etdiyi və heç birinin Ebru Gündəşi təbrik etmədiyi iddia edilmişdi.