“Bu unudulmaz hekayəni canlandıra biləcəyik” – Leyla Əliyeva

23 Fevral 2015 12:46 (UTC+04:00)
Sabahdan dünyada bestseller olan "Əli və Nino" romanı əsasında eyniadlı filmin çəkilişləri başlayır.  Movqe.az xəbər verir ki, bu münasibətlə Heydər Əliyev Mərkəzində "Əli və Nino" filminin yaradıcı heyəti ilə mətbuat konfransı keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, filmin icraçı prodüseri Leyla Əliyeva mətbuat konfransında iştirak edib.Mətbuat konfransında çıxış edən Leyla Əliyeva layihə haqqında danışaraq, bu gündən uzun səyahətin sonuna yaxınlaşdıqlarını, "Əli və Nino" filminin çəkilişlərinə hazırlıq işlərinin başa çatdığını bildirib: "Mən çox sevinirəm ki, biz bu səyahətin sonunda məhz bu layihənin həyata keçirilməsinə nail olduq. Hər birinizi Bakıda görməkdən çox məmnunam və çox sevinirəm ki, biz "Əli və Nino" kimi gözəl, epik bir məhəbbət hekayəsinin bu gün filmə çevrilməsində iştirak edirik. Mən "Əli və Nino" əsərini dəfələrlə oxumuşam və onu ilk dəfə oxuyanda hiss etdiyim həyəcan indiyədək xatirimdədir. XX əsrin əvvəlində yazılmış bu əsər Azərbaycanın o dövrdəki insanlarını, məkanlarını aydın şəkildə təsvir edir. O, bu gün – 100 il sonra da əks-səda doğuran sevgi hekayəsini canlandırır. Çox şadam ki, film məhz Bakının küçələrində, İçərişəhərdə, Opera və Balet Teatrında, Qobustanda, Xınalıq dağlarında – əsərdə təsvir olunan yerlərdə çəkiləcək.

Düşünürəm ki, Azərbaycan qədim ənənələr ölkəsidir. Avropa və Asiyanın qovuşuğunda yerləşərək tolerantlıq və dialoqun nümunəsidir.

Mən bu istedadlı aktyorları və çəkiliş heyətini Bakıda salamlamaqdan məmnunam. Əminəm ki, onların köməyi ilə biz bu unudulmaz hekayəni canlandıra biləcəyik. Hamıya uğurlar arzu edirəm".

Filmin quruluşçu rejissoru Kris TİKYER Heydər Əliyev Fonduna və Fondun vitse-prezidenti Leyla Əliyevaya layihənin reallaşdırılmasına göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Qeyd edib ki, film üçün yaxşı ssenari, beynəlxalq səviyyədə möhtəşəm komanda, çəkiliş üçün gözəl məkanlar və güclü çəkiliş heyəti var