Dəhşət hazırlanır: İŞİD 21 kürdü diri-diri yandıracaq - VİDEO - FOTO +18

23 Fevral 2015 13:00 (UTC+04:00)

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması İraqın şimalındakı Kürdüstan Muxtariyyəti ilə qanlı savaşları davam etdirir.

Terrorçularla kürd peşmərgələr arasındakı döyüşlərdə kürdlər ağır itkilər versələr də, əsla geri çəkilmirlər.

Bundan qəzəblənən İŞİD terrorçuları əsir aldıqları kürdlərə divan tutur, "düşmən"in gözünü qorxutmağa çalışırlar.

Movqe.az xəbər verir ki, Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, İŞİD əsir aldığı kürdlərdən 21 nəfəri dəmir qəfəslərə salaraq onları Kərkük küçələri ilə dolaşdırıb.

Terrorçuların "parad" adlandırdıqları bu olaydakı əsir kürd peşmərgələrin diri-diri yandırılacağı bildirilir.

İŞİD əsir və girovları diri-diri yandıraraq videolarını yaymağa Suriyanın Rəqqa şəhərində iordaniyalı pilot, 26 yaşlı leytenant Muəz əl Qəsasbini qəfəsdə yandırmaq və sonra da dəhşətli edamın videokadrlarıı sosial şəbəkələrdə paylaşmaqla başlamışdı.