Nazirlik qiymət maxinasiyasına qarşı tədbirləri gücləndirdi-RƏSMİ

23 Fevral 2015 13:17 (UTC+04:00)

İqtisadiyyat və Sənaye Nazirliyi ki, Mərkəzi Bank manatın məzənnəsində dəyişikliklə bağlı açıqlama yayıb. Movqe.az xəbər verir ki, Nazirliyin məlumatında bildirilir:" Məlum olduğu kimi, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə valyuta məzənnələrində dəyişikliklər edilib. Manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirləri daha da gücləndirilmiş və nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti süni qiymət artımı ilə bağlı yoxlama tədbirlərini daha da gücləndirib". 

Qeyd edək ki, manatın məzənnəsinin dəyişikliyindən sonra bəzi ticarət obyektlərində süni qiymət artımına rast gəlinir.