"İnşaatçılar" metro stansiyasından istifadə edənlərin nəzərinə!

23 Fevral 2015 16:46 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Bakı Metropoliteninin "İnşaatçılar" stansiyasının 1-cı çıxışında (ATS tərəfdən) 3 saylı eskalatorun əsaslı təmirinə başlanılır. Bununla əlaqədar olaraq qeyd olunan istiqamətdə 3 saylı eskalator 24.02.2015-ci il tarixindən dayandırılacaq. Əsaslı təmirin 22 may 2015-ci il tarixində başa çatdırılması nəzərədə tutulub. Sərnişinlərdən yarana biləcək narahatlığa görə üzr istəyirik.