"Karyerama hücumçu kimi başlamışdım"

23 Fevral 2015 19:30 (UTC+04:00)

Çempionlar Liqasının 1/8 final mərhələsində "Manchester City"nin qonağı olacaq "Barcelona" İngiltərəyə sərfəli nəticə üçün gedir.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, katalon klubunun yarımmüdafiəçisi Serxio Buskets oyun öncəsi özü haqqında bəzi faktları açıqlayıb. O, futbola hücumçu kimi gəldiyini qeyd edib.

"İstəmirəm ki, insanlar mənim haqqımda danışsınlar. Pis və ya yaxşı fərqi yoxdur. Çox müsahibələr vermirəm. Tvitter hesabım yoxdur. Mənim atam "Barcelona"da qapıçı olub. Uşaqlar həmişə atalarına oxşamağa çalışır. Mən karyerama hücumçu kimi başlamışdım. Amma dayaq yarımmüdafiəçisi sevdiyim və xarakterimə uyğun bir mövqe idi. Hücumçular fanatların alqışını qazanır. Futbolun bəzəyi isə qoldur. Amma mən eqoist deyiləm. Tərif və aparıcı rol oynamağa can atmıram. Hücumçular qol vurmaq həvəsi ilə yaşayır. Mənim üçün fərqi yoxdur. Əgər bunun əhəmiyyəti olsaydı, yarımmüdafiəyə keçməzdim. Öz mövqeyimi və gördüyüm işi sevirəm".

Buskets qarşıda komandanı gözləyən "Manchester City" ilə oyun haqqında da fikir bildirib. "City yaxşı futbol oynayır. Onlar rəqibin oyununu boğmağa çalışmır. Bir tərəfdən, biz kifayət qədər güclü bir rəqiblə qarşılaşacağıq. Digər tərəfdən onlar opponentinə oynamaq imkanı verir. Bu, bizim işimizə yaraya bilər. Amma, xüsusilə top David Silvada olanda "City" yaradıcı və çox təhlükəlidir. Silva meydanda çox sərbəst hərəkət etməyi bacarır. Onların Aquero, Navas kimi cəld futbolçuları da var. Eyni zamanda Ture. Ondan çox şey öyrənmişəm. Əvvəldən axır günlərə kimi əla komanda yoldaşı idi. Onun gedişini itki hesab edirəm. Azarkeşlər də təəccüb içində idi. Çünki Ture "Barcelona"nın ən yaxşı fuutbolçularından hesab olunurdu. Amma onun nə fikirləşdiyini müəyyə etmişdim. Nəticə etibarilə futbolçular öz taleyini seçirlər. Ture də başqa kluba keçməyi qərara aldı. Əminəm ki, "City" ona daha çox oyun vaxtı və pul təklif etmişdi".