İdmançılarımızın uğurlu çıxışı davam edir

23 Fevral 2015 21:00 (UTC+04:00)

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən paralimpiyaçılar arasında atletika üzrə VII Fazza Qran-pri turnirində Azərbaycan idmançıları fərqləniblər.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, uzunluğa tullanma yarışlarında bütün rəqiblərini qabaqlayan Hüseyn Həsənov turnirin qızıl medalına sahib çıxıb. Diskatma turnirində Samir Nəbiyev gümüş, nüvəatma yarışlarında isə Solmaz Səfərova bürünc medala sahib çıxıblar.