Azərbaycanda qar uçqunu: ölən var

23 Fevral 2015 22:00 (UTC+04:00)

Yardımlıda faciəvi hadisə baş verib.

Movqe.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, fevralın 22-də Yardımlı rayonunun Kürəkçi kəndində tövlə qar uçqununun altında qalıb. Nəticədə tikilidə olan kənd sakini Rəşid Əkbərov dünyasını dəyişib.


Hadisə zamanı 10 baş inək tələf olub.