Hava yenidən dəyişir?
24 Fevral 2015 09:20 (UTC+04:00)
Fevralın 24-də Bakıda və Abşeron
yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən
yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman
olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamentindən Movqe.az-a verilən məlumata görə, şimal-şərq
küləyi əsəcək. Havanın temperaturunun gecə 0-2° şaxta, gündüz 6-8°
isti, Bakıda gecə 0-2 şaxta, gündüz 6-8° isti olacağı
gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət
80-90 faiz təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq.
Naxçıvan Muxtar Respublikasında hava,
əsasən, yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi
əsəcək. Temperaturun gecə 0-5° şaxta, dağlıq ərazilərdə 8-13°
şaxta, gündüz 5-10 isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Bəzi yerlərdə
duman olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 6-11° şaxta,
gündüz 1-6° isti olacağı gözlənilir. Gecə və səhər yollar buz
bağlayacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və
Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə
və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-9° isti olacağı
gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və
Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və
səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Temperaturun
gecə 0-5° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 7-12° şaxta,
yüksək dağlıq ərazilərdə 18-23° şaxta, gündüz 3° şaxtadan 2°-dək
isti olacağı gözlənilir.
Gecə və səhər yollar buz bağlayacaq.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı,
Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava,
əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman
olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək
isti, gündüz 5-10° isti olacağı gözlənilir. Gecə və səhər yollar
buz bağlayacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər
dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 3°
şaxtadan 2°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 9-14 şaxta,
gündüz 0-4° isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.