Dolların məzənnəsi - SON DURUM

24 Fevral 2015 10:18 (UTC+04:00)

Azərbaycanda dolların məzənnəsi cüzi qalxıb.


Movqe.az xəbər verir ki, Mərkəzi bankdan Trend-ə bildirilib ki, 24 fevral tarixinə müəyyənləşdirilmiş məzənnəyə əsasən, 1 dollar 1,0501 manat olub.


Avro isə nisbətən ucuzlaşaraq 1,1906 təşkil edib.


Qeyd edək ki, fevralın 21-dən bu günədək dolların məzənnəsi 1,05 manat olub, avronun məzənnəsi isə 1,1950 təşkil edib.