İŞİD-ə güclü zərbə

24 Fevral 2015 10:40 (UTC+04:00)

ABŞ-ın endirdiyi aviazərbələr nəticəsində 72 İŞİD üzvü məhv edilib

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri İŞİD terrorçularına öldürücü zərbələr endirib. Ardıcıl aviazərbələr nəticəsində 52 İŞİD terrorçusu məhv edilib.


Movqe.az-ın "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bundan əlavə, terrorçular paytaxt Bağdaddan 200 kilometr məsafədə olan işğal etdikləri Əlbağdadi şəhərinin də bir hissəsini itiriblər.


Bu döyüş zamanı da terrorçuların 20 üzvü ölüb.


Daha əvvəl xəbər verilmişdi ki, koalisiya qüvvələri İŞİD mövqelərinə 25 aviahücum təşkil edib.