Azərbaycan neftinin qiyməti

24 Fevral 2015 11:55 (UTC+04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 23-də 62,3 dollar/barel təşkil edib.

1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) şənbə günüTrend-ə verilən məlumata görə, bazar ertəsi neftin qiyməti cümə gününə nisbətən 1,12 dollar/barel azalıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

Movqe.az xəbər verir ki, ARDNŞ-dən bildiriblər ki, Türkiyənin Ceyhan limanı şərtləri ilə FOB bazisi üzrə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 23-də 61,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,07 dollar/barel azdır.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.


Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 23-də 57,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,94 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti fevralın 23-də 59,87 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,83 dollar/barel azdır.