Milli Məclis Xocalı soyqrımı qurbanlarını andı

24 Fevral 2015 12:23 (UTC+04:00)

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası öz işinə Xocalı soyrımı qurbanlarını anaraq başlayıb. Movqe.az xəbər verir ki, spiker Oqtay Əsədov Xocalı faciəsinin dünyanın ən dəhşətli soyrım olduğunu, bu faciənin amansızlıqla törədilən qətliam olduğunu söyləyib. Spiker bildirib ki, bir neçə gündən sonra Xocalı faciəsinin növbəti il dönümü olacaq. Oqtay Əsədov deyib ki, Milli Məclis Xocalı qətliamını soyqrım kimi qiymətləndirib: "Eləcədə Ümumilli lider Heydər Əliyüev hakimiyyətə gələndən sonra Xocalı qətliamını dünyada tanıtdırmaq üçün iş apardı. Prezident İlham Əliyevin zamanında da bu istiqamətdə ciddi işlər aparılır. Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyası aparılır". Oqtay Əsədov bildirib ki, Meklsika, Hondras, Sudan, Pakıstan, Ruminiya Serbiya, İordaniya, ABŞ-ın 15 ştatı və digər ölkələr bu hadisəni soyqrım kimi qiymətləndirərək hadisəni pisləyib: "Bu günlərdə Milli Məclisin 20-dən çox deputatı dünyanın müxtəlif yüerlərində keçirilən tədbirlərdə iştirak edir. Biz əminik kli, bu qətliamı törədənlər cəzasız qalmayacaq və cəzalarını alacaq". 

Spiker əlavə edib ki, bütün bunlar prezidentin apardığı xarici siyasətin nəticəsidir. O, bu məsələdə Milli Məclisin və qeyri hökumət təşkilatlarının fəaliyyətini də müsbət qiymətləndirib.