Bakı bulvarında intihar həyəcanı

24 Fevral 2015 12:48 (UTC+04:00)

Bakı bulvarına istirahətə gələnlər dəhşət yaşayıblar. Movqe.Az xəbər verir ki,dünən Dənizkənarı Milli Parkın ərazisində Bakı şəhər sakini Tehran İsmayılov intihar məqsədi ilə özünü dənizə atıb. Vətəndaşlar onu sudan çıxararaq xilas ediblər.


T.İsmayılovun özünə qəsd etmək istəyinin səbəbi məlum deyil.