Oqtay Əsədov: "Manata görə nə ərzaq, nə də digər məhsulların qiyməti qalxmayacaq"
24 Fevral 2015 13:21 (UTC+04:00)
Milli Məclisdə manatın məzənnəsində dəyişiklik
müzakirə olunub. Movqe.az xəbər verir ki, çıxış edən millət
vəkili Vahid Əhmədov manatın devalvasiyası ilə bağlı fikirlərini
açıqlayıb: "Mən çox təəssüf edirəm ki, bəzi millət vəkilləri
iqtisadi əsasları bilmədən ağzına gələni danışırlar. Azərbaycanda
manatın devalvasiya uğraması gözlənilən, labud idi. Lakin bunu
yumşaq şəkildə etmək lazım idi, yollar var idi. Mən buna təəssüf
edirəm. Mən Mərkəzi Bankın rəhbərliyi ilə mütəmadi əlaqədə olmuşam.
Mənə deyiblər ki, uzağı 85-90 qəpiyə qədər devalvasiya olacaq.
Ancaq onlar sözünün üzərində dürmadı. İndi bölgələrdə qiymət artımı
var və bu haqda məlumatlar alırıq. Bir sıra insanlar banklardan
krediti manatla deyil, dollarla götürüb. Bəzi sahibkarlar isə
milyonlarla kredit götürüblər. Bu kreditlərin geri qaytarılmasında
problemlər yarana bilər. Buna dəstək vermək lazımdır. Hesab edirəm
ki, antiböhran proqramı hazırlanmalı və icra edilməlidir. İndi ən
ciddi məsələ süni qiymət artımıdır. Devalvasiya labud idi. Ancaq
bunu sakit şəkildə aparmaq lazım idi. 2014-cü ildən buna
gedilsəydi, indi biz bu vəziyyətə düşməşdik". İqtisadiyyat
komitəsinin sədri Ziyad Səmədzadə isə deyib ki, dünya
iqtisdadiyyatında baş verən proseslər hamıya aydındır: "Neftin
qiymətinin sürətlə aşağı düşməsi gərgin situasiya yaradır. Neftin
qiyməti qalxsa büdcənin itkisi az olacaq. Manatın məzənnəsini
saxlamaq üçün Mərkəzi Bank ildə 2 milyard manat itirir. Bu uzun
dövr davam edə bilməz. İtirilən bu pullar Ermənistanın dövlət
büdcəsi qədərdir. Azərbaycan iqtisaddiyatı son 10 ildə sürətli
inkişaf yolu keçib. Bunun bir səbəbi də düzgün maliyyə-kredity
siyasəti olub. Mən hesab edirəm ki, bunun üzərinə kölgə salmaq
olmaz. Mərkəzi Bankın addımları son ildə iqtisadiyyata, sahibkarlıq
mühitinə ciddi təsir edib. Manatın məzənnəsinin sürətlə dəyişməsi
fonunda bu mümklün olmazdı". Komitə sədri deyib ki, manat dünyada
ən güclü valyutalardan biridir: "Bu yaxınlarda 500 yaxın kiçik və
orta müəssisələr yaradılacaq. Belə siyasətə ehtiyac var idi.
Birmənaklı şəkildə deyirəm ki, bu antiböhran addımı deyildi. Bu
sadəcə manatın devalvasiyası ilə bağlı idi. Azərbaycan dövləti
güclüdür və mən əminəm ki, xalqımız bu vəziyyətdən çıxacaq". Spiker
Oqtay Əsədov bildirib ki, ölkədə ciddi sabitlik mövcuddur. "Bizdə
sabitlik olub. Uzun müddət bizdə problem olmaylıb. Ancaq bir şey
olan kimi hamı danışır. Dünyanın ən güclü inkişaf edən
dövlətlərindən biri Danimarkadır. Orada inflyasiya en həddə qalxıb.
Biz tələsməli deyilik. Qiymətlərin artmasına imkan verməıməliyik.
Mən dünən iqtisadi inkişaf naziri ilə görüşdüm. Süni qiymət artımım
qarşısını almaq üçün sürətli işlər aparılır. Mən əminəm ki, qiymət
artımı baş verməyəcək. Qarşıdan Azərbaycan hökumətinin hesabatı
gəlir. Bu məsələ hesabat zamanı da müzakirə edilə bilər".