Elmira Axundova: "Telekanallardan şadlıq evlərinin reklamı yığışdırılsın"

24 Fevral 2015 14:12 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Milli Məclisdə  "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı maraqlı anlar yaşanıb. Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov qanun layihəsinə münasibət bildirərək əsas məsələnin yayıma xitam verilməsi ilə bağlı olduğunu söyləyib.  N. Cəfərov deyib ki, bunların bir hissəsi texniki məzmunludur: " Bir neçə məsələ var ki, yayımıçının məsuliyyətə cəlb olunması, teleradioa haqqında yayımdakı tələblərin yerinə yetirməməsi və sair. Qanun layihəsinə görə, bu sahəyə nəzarət edən icra orqanının səlahiyyəti artırılır. Bu vacib addımdır".

Daha sonra qanuna dəyişikliyə münasibət bildirən Elmira Axundova da MTRŞ-nın səlahiyyətlərinin artırılmasının zəruri olduğunu diqqətə çatdırıb: "Milli Teleradio Haqqında əsasnamədə deyilir ki, televiziya və raido yayımlarını tənzimləmək, qanunvericiliyə nəzarət üzrə işlər, milli mənəvi dəyərlərin qorunması  MTRŞ-nın üzərinə düşür. Amma çox təəssüf ki, MTRŞ bu vəzifəni həyata keçirmir. Azərbaycan Dövlət televiziyası, İctimai Televiziya bir də ANS-i çıxmaqla yerdə qalan telekanallarda bütün günü şadlıq evlərinin reklam edilir. Ölkə başçısı İlham Əliyev tərəfindən telekanallarda serialların çəkilişinə vəsait ayrılsa da, telekanallar bu pulu şit reklamların çəkilməsinə xərcləyir. Efirdə lazımsız, şit serialları görürük. Çox təəssüf ki, bizim yaxın və  uzaq keçmişimizi, əks etdirən seriallar seriallar yoxdur. Xocalıya aid serial bu günədək çəkilməyib, Vahid Musatafayevin seriallarını  çıxmaq şərtilə. Mən təklif edirəm ki,  ildə iki, üç yox bir serial çəkilsin, amma keyfiyyətli olsun. MTRŞ-ya burdan səslənirəm ki, telekanallarda sosial reklam görünmür. Bu Şuranın fəaliyyəti hiss olunmur. Indiyədək infromasiya məkanında vahid inkişaf konsepsiyasını görməmişik. Telekanallarda yoğun qadınlar səhər verilişlərində yemək yeyirlər, telekanallarlda yeyib-içib oynayırlar. Azərbaycan telekanallarından restoran şadlıq evlərinin reklamları yığışıdırlmalı, həmin reklamların yeri sosial reklamlara verilməlidir. MTRŞ öz fəaliyyətində dönüş yaratmalı, bu cür hallara mübarizə aparmalıdır. Bizim cəmiyyətimiz müharibə şəraitindədir. Telekanallara baxanda elə hiss olunur ki, bizdən xöşbəxt xalq yoxdur. Təbii ki, qara bağlamalı deyilik. Amma telekanallara baxanda hiss olunmur ki, bizim  20 faiz torpağımız işğal altındadır. Şou  verilişlərinə dəvət edilən qonaqların hərəkət və geyimləri ikrah hissi yaradır. MTRŞ-nın bu məsələlərdə səlahiyyəti, fəaliyyəti hiss olunmur".

N. Cəfərov Elmira Axundovanın MTRŞ haqqında səsləndirdiyi fikirlərlə razılaşmadığını söyləyib. E. Axundovanın telekanallarla bağlı səsləndirdiyi fikirləri alqışlayıram. Amma MTRŞ-nın fəaliyyəti haqda dedikləri ilə razılamıram. Xalqın, aparıcılarının, müğənnilərinin səviyyəsi necədirsə, televiziyyası da elə olacaq. Xahiş edərdim ki, Elmira xanımdan ki, MTRŞ-nın fəaliyyəti görünmür deməsin.  Bu düz söhbət deyil".

Millət vəkili Yaqub Mahmudov isə bildirib ki, efir məkanında baş verənlərə görə, MTRŞ-nı qınamaq olmaz. 

Layihə səsə qoyularaq qəbul edilib.