İŞİD türkmən şəhərini bombaladı

24 Fevral 2015 14:45 (UTC+04:00)

Movqe.az xəbər verir ki, İŞİD İraqın Səlahəddin vilayətinin türkmənlər yaşayan Tuzurmatu şəhərini bombardman edib.

Bombardman nəticəsində 8 türkmənin öldüyü, 17 türkmənin isə yaralandığı bildirilir. Ölənlərdən dördünün milis olduğu da gələn məlumatlar arasındadır.

Qeyd edək ki, İŞİD-in başlatdığı müharibə ölkənin müxtəlif bölgələrində davam edir. Görülən bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq hadisələrin qarşısını almaq mümkün olmur.