Parisdə “Normand dördlüyü”nün görüşü keçirilir

24 Fevral 2015 17:21 (UTC+04:00)

Parisdə Almaniya, Fransa, Ukrayna və Rusiya xarici işlər nazirlərinin Donbasdakı münaqişənin nizamlanması ilə bağlı görüşü başlayıb.

Movqe.az xəbər verir ki, APA-nın "Le Fiqaro"ya istinadən verdiyi məlumata görə, görüş Fransa Xarici İşlər Nazirliyinin binasında keçirilir.

Nəşrin ukraynalı diplomatlardan birinə istinadən verdiyi xəbərdə deyilir ki, Rusiya tərəfi bu görüşün keçirilməsini istəməyib.


"Lakin bizim üçün Qərbin Moskvaya siyasi təzyiqini qoruyub saxlamaq lazımdır. Görüşdə hər hansı sənədin imzalanması nəzərdə tutulmur", - deyə ukraynalı diplomat vurğulayıb.


Qeyd edək ki, Almaniya XİN-in mətbuat xidmətindən də görüşün keçirildiyini təsdiqləyiblər.