Xocalı faciəsi İstanbulda anıldı

24 Fevral 2015 18:06 (UTC+04:00)

Azərbaycan xalqının yaşadığı ən ağır faciələrdən biri olan Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı ölkəmizin İstanbuldakı Baş konsulu Həsən Zeynalovun təşəbbüsü ilə anım proqramı təşkil olunub. Buradakı çıxışında Həsən Zeynalov faciə barədə geniş məlumat verib. Qeyd edib ki,. Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki təxminən 5 min əhalisi olan bu qəsəbədə bir gecədə 106-ı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla 613 nəfər qətlə yetrilib, 1275 nəfər girov götürülüb.Onun sözlərinə görə həmin şəxslər sadəcə Azərbaycanlı olduqları üçün qətlə yetiriliblər. Orda bildirilib ki, 23 il əvvəl yaşanan bu qırğına laqeyd qalmaq mümkün deyil. Tədbirdə "Xocalıya Ədalət" kampaniyası barədə də geniş məlumat verilib.Tədbirdə Azərbaycanın Millət Vəkilləridə iştirak edib. Anım mərasimində "Sonsuz dəhliz" filmi də nümayiş olunub.