Avro böyük ucuzlaşma ərəfəsində

25 Fevral 2015 09:18 (UTC+04:00)

Son günlərdə Azərbaycanda bahalaşan avronun yaxın tezlikdə əhəmiyyətli dərəcədə dəyər itirməsi gözlənilir. Buna əsas səbəb Yunanıstanın Avropa İttifaqını tərk etməyə hazırlaşmasıdır. Bu şəraitdə onsuz da dollar qarşısında dəyər itirən avronun daha sürətlə ucuzlaşması gözlənilir.

Bu arada "Doktor Qiyamət" ləqəbi ilə tanınan investisiya məsləhətçisi Mark Faber Yunanıstanın Avropa İttifaqını tərk edərək Rusiya və Çin ilə yaxınlaşacağını proqnozlaşdırır. Yunanıstanın ötən həftə Avropa ilə xilasetmə paektinə dair müqaviləsini dörd ay daha uzatmasının borc problemini həll etmədiyini deyib: "Yunanıstan borc yükünün altından qalxacaq qədər güclü iqtisadiyyata malik deyil. Yunanıstanın avrozonandan mümkün çıxışı vəziyyətində bu ölkə Rusiya ya da Çinlə yaxınlaşacaq". Almaniyanın maliyyə naziri Volfqanq Şoyble də nikbin olmadığıın bildirir: "Bu ana qədər eşitdiklərim nikbinliyimi dəstəkləmir. Vəziyyətdən çıxış yolu variantları üzərində düşünməyimizə ehtiyac yoxdur".

Qeyd edək ki, Yunanıstanın bank hesablarından hər gün yüz milyonlarla avro çıxarıldığından banklarda artıq pul tükənmək üzrədir. Məlumatlara görə, gün ərzində banklardan çıxarılan məbləğin 300 milyondan 500 milyon avroya qədərdir. Ötən ilin dekabr ayından bu yana Yunanıstan banklarından 20 milyard avronun çıxarılıb. Bu vəziyyət də Yunanıstanın indiki hökumətini avrozonadan çıxarmağa vadar edən səbəblərdən biridir. Yunanıstanın avrozonavnın tərk etməsi halında avronun ciddi dəyər itirməs və qısa müddət ərzində dollarla kursununun bərabərləşməsi isə istisna olunmur.

Bundan başqa Avropa Mərkəzi Bankının rəhbəri Mario Draqinin elan etdiyi kəmiyyət yumşadılması proqramını da gələn aydan avronun məzənnəsinə ciddi şəkiləd təsir göstərəcək. Ekspertlər bildirirlər ki, bu şəraitdə avronun ucuzlaşması uzun müddət davam edə bilər. Çünki məlum proqram çərçivəsində hər ay dövriyyəyə 60 milyard avro buraxılacaq və həmin pula dövlət və özəl qiymətli kağızların alınması nəzərdə tutulur. Məqsəd avrozonada illik inflyasiya səviyyəsini 2 faizə yaxın həddə saxlamaqdır. Proqram 2016-cı ilin sentyabr ayına qədər davam edəcək və vəziyyətdən asılı olaraq, uzadıla da bilər. Bu müddətdə Avropa iqtisadiyyatına yönəldilən vəsaitin həcmi 1,1 trilyon avro olacaq. Bununla Avropa iqtisadi artıma nail olmaq istəyir.

Məsələ bundadır ki, neftə görə avro dollara nəzərən ucuzlaşmaqda olsa da Avropa İttifaqı ölkələrində deflyasiya müşahidə olunur. Bu da inflyasiyanın sabitliyinin göstəricisidir. Sözügedən tendensiya həqiqi bazar iqtisadiyyatı mexanizmi şəraitində isə iqtisadi aktivliyin zəif olduğunu göstərir. Deməli, iqtisadi artıma nail olmaq və onu bərpa etmək üçün ekstensiv təsirlər həyata keçirmək barədə düşünmək tələb olunurdu ki, avronun ucuzlaşdırılması da bu səbəbdən irəli gəlir.

Bundan başqa son illər dünya mərkəzi bankları avronun satışını sürətləndiriblər. Avro ilə yatırılan vəsaitlər sürətlə başqa valyutalarla əvəzlənir. Beynəlxalq Valyuta Fondunun məlumatlarına görə, mərkəzi banklar avro ehtiyatlarını son 2 ilin ən böyük nisbətində azaldıblar. Maliyyə analitikləri mərkəzi bankların bu dövrdə 50 milyard dollara bərabər avroda yerləşdirilmiş aktivləri satdığını bildirir. Hazırda dünya üzrə mərkəzi banklar 12 trilyon dollarlıq valyuta ehtiyatlarının 24%-ni, yəni təxminən 3 trilyon dollarını avroda saxlayır. Halbuki, valyuta ehtiyatlarında avronun payı 2009-da 28% idi. İndi isə bu rəqəm 4 faiz azalıb. Ekspertlər mərkəzi bankların avro satışını artırması fonunda bu göstəricinin daha da artacağını proqnozlaşdırır. Belləiklə, dövriyyəyə daha çox avro çıxarılması da bu valytuanını məzənənsini aşağı salır.

Ekspertlərə görə, dünya bazarlarında bütün bunlar fonunda avronun ucuzlaşması qaçılmaz olacaq və bu proses Azərbaycanda da özüün göstərəcək. Yəni bahalaşan avro ölkəmizdə yenidən dəyər irirməyə başlayacaq. Mərkəzi Bankın müdaxiləsi olmayacağı təqdirdə bu proses kifayət qədər sürətli xarakter ala bilər. Ucuzlaşan avro isə istənilən halda Avropadan gətrilən məhsulların qiymətinin aşağı düşməsiən rəvac verəcək.