Sevginin fiziki və psixoloji təsirləri

24 Fevral 2015 18:20 (UTC+04:00)

Sevgi hər kəsə görə dəyişən qavrayışdı. Bəzilərinə görə, sevginin orqanı qəlb, bəziləri üçünsə beyindir.

Elm adamlarına görə, sevgi beynin fəaliyyətidir. Beyində artan hormonlarla duyğu dəyişiklikləri, dopamin, norepinefrin, feniletilamin hormonları aktivləşdirir.


Sevən insanların dopamin tərkibli beynin sağ bölgəsinin gərgin şəkildə aktivlik göstəridiyi incələnib. Dopamin də öz növbəsində bədənə enerji verir, iştahanı azaldır, marağı artırır, yuxusuzluq, həmişə qarşı tərəfi düşünməyə səbəb olur.

Araşdırmalarda intihara cəhd edən insanlarda qəlb qırıqlığı, tərk edilmə, sevginin qəbul edilməməsi kimi səbəblər ortaya çıxıb. Sevgi problemləri yalnızlıq və depresiyyaya səbəb olaraq yaşam istəyini azaldır.


Sevmək kilo verməkdə də təsirlidir. Sevgi psixoloji və fiziki təsirləri ilə sağlamlığa faydalıdır. İştahasızlıq və maddələr mübadiləsinin sürətlənməsi başda gəlir.


Fiziki təsirləri

Qan axının tənzimlənməsi (dopamin və norepinefrin qan axınını tənzimləyir )

İştahanı azaldır.

Ürək ritminin sürətlənməsi.

Yağı yandırır.

Maddələr mübadiləsini sürətləndirir.

Hafizə və bacarıqları yaxşılaşdırır.

Ağrını daha az hiss etmək. Morfin olan endorfinlər ağrını azaldır, həm də xoşbəxtlik hormonu bəxş edir.

Endorfin və seratonin immunitet sistemini gücləndirir.

Dəri sağlığının artması. Qan axını dəyişiklikləri və hormonların artması dəriyə canlılıq verir.

Esterogen və testesteron artır.


Psixoloji təsirləri

Motivasiyanı, diqqəti artırr.

Antidepressant təsiri var.

Özgüvən və şansi artırır. Sevən insan işdə çox uğur qazanır.

Sosial şəxsiyyət olur.