Əfqanıstanda 30 sərnişin qaçırıldı

24 Fevral 2015 18:30 (UTC+04:00)

Əfqanıstanda 2 sərnişin avtobusundan 30 nəfər qaçırılıb.

Movqe.az xəbər verir ki, bu haqda məlumatı "France-Presse" agentliyi yayıb.

Məlumatda deyilir ki, əfqan polisinin paltarını geyinən yaraqlılar Heratdan Kabilə gedən 2 sərnişin avtobusunun qarşısını kəsiblər. Onlar sərnişinlərin sənədlərini yoxladıqdan sonra xazareylər etnik qrupuna daxil olan 30 nəfər kişini özlərilə aparıblar. Sonradan məlum olub ki, onlar təriqətcə şiə müsəlmanlarıdır.

Qeyd edək ki, xazareylər ölkə əhalisinin 10 faizini təşkil edir. Bu qəbildən olan insanlar Əfqanıstanda sünnilərin daim təzyiqilə üzləşirlər.

Təkcə 2013-cü ilin əvvəlində Pakistanın Kvetta şəhərində 200 nəfərə yaxın xazarey qətlə yetirilib.