Bu günə gözlənilən hava şəraiti
7 Avqust 2012 11:10 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli
Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və
Abşeron yarımadasında avqustun 07-də hava şəraiti əsasən
günəşli keçəcək. Şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 23-27, gündüz 36-38, yarımadanın bəzi
yerlərində 40 dərəcə isti gözlənilir.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt,
Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 27-28, Buzovna,
Mərdəkan, Şüvəlanda 28-29, Türkan, Hövsan, Şıx, Sahildə 29-30
dərəcə isti olacaq.
Azərbaycanın rayonlarına gəlincə isə avqustun 07-də hava
şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi
əsəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 35-39, bəzi yerlərdə 41,
dağlarda gecə 13-18, gündüz 26-31 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnozlara görə avqustun 07-08-də Abşeron
yarımadasında zəif küləklərin üstünlüyü və arabir yaranan durğun
hava şəraiti fonunda gündüz güclü isti temperatur diskomfortu
meteohəssas insanlar üçün əlverişsizdir. Gündüz saatlarında uzun
müddət açıq havada qalmaq məsləhət deyil.