Parlament “Elm haqqında” qanun layihəsini müzakirə edilir

24 Fevral 2015 17:25 (UTC+04:00)

"Elm haqqında qanun layihəsinin təqdim olunması böyük nailiyyət kimi təqdim olunmalıdır. Movqe.az xəbər verir ki, bunu Milli Məclisin Elm Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev, parlamentin bu günkü iclasında "Elm haqqında" qanuna dəyişikliyin edilməsi ilə bağlı keçirilən müzakirələrdə söyləyib. Komitə sədri bildirib ki, elm və tərəqqi olmadan heç bir ölkənin inkişafına nail olmaq mümkün deyil: "Elm sahəsinin inkişafı həmişə müstəqil Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olub və gün də prioritet istiqamət kimi qalmaqdadır. Sonillərdə bu sahədə nəzərə çarpan irəliləyişlər əldə edilib. Bu gün bu sahədə həllini gözləyən problemlər də çoxdur. Bunların yaranma səbəblərini araşdırmaq və ionları həll etmək üçün mükəmməl qanunverilim orqanının yaradılmasına ciddi ehtiyac var. Bu qanun layihəsini də məhz bu məqsədlə bu günkü iclasa təqdim etmişik". Ş.Hacıyev qeyd edilib ki, qanun layihəsi hazırlanarkən bir çox ölkələrin, o cümlədən qabaqcıl Avropa və MDB dövlətlərinin təcrübələri nəzərə alınıb: "Cəmiyyət miqyasında qanun qəbul olunmalıdır ki, təhsil sahəsində rəqabət qabiliyyətli inkişafa nail ola bilək. Layihınin əsas istiqaməti liberal şəraitin yaradılması, rəqabət mühitinin təmin edilməsi, elmi nəticələrin səviyyələrinin yüksədilməsi və digər məqsədlərlə bağlıdır. Düzdür, Azərbaycan super dövlət deyil, ancaq iqtisadiyyatın bir çox sahələrində mühüm irəliləyişlərə nail olunub. Bu da imkan verir ki, ölkədə emin inkişafına nail olaq və elmi təqdiqatların keyfiyyətini daha da artıraq".

Onun sözlərinə görə, elmin inkişafı sahəsində qanunvercilik bazasının yaradılması bir çox məsələlərin həllini nəzərdə tutub: "Elmi fəaliyyətin idarə olunması və onun müasir dünya praktikasına uyğunlaşdırılması layihənin əsas məqsədlərindən biridir. Ali təhsil müəssisələrinin də universitetlərin inkişaf etdirilməsi layihədə qabardılan əsas istiqamətlərindən biri olub".