Neft bahalaşdı

24 Fevral 2015 19:00 (UTC+04:00)

Brent markalı neftin qiyməti 60 dolları keçdi.

Dünya birjalarında Brent markalı neftin qiyməti yenidən 60 dolları (Bakı vaxtı ilə 18:04-də) keçib.

Movqe.Az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti isə 50,10 dollar təşkil edib. Brent markalı neftin qiyməti isə 60,03 dollar olub.