Ukrayna yenə qarışdı

24 Fevral 2015 19:30 (UTC+04:00)

Mariupol şəhəri ətrafında 30 dəqiqləik atışma qeydə alınıb

Ukraynada rusiyapərəst separartçıların hücumları davam edir.

Movqe.az-ın məlumatına görə, Ukrayna ordusunun söçüsü Anatoly Stelmak deyib ki, separatçılar Debaltseve şəhəri ətrafındakı kəndləri dəfələrlə atəşə məruz qoyublar. Bundan başqa, separatçılar Ukrayna əsgərlərinin Donetsk ətrafındakı mövqelərinin artileriya atəşinə tutublar. Mariupol şəhəri ətrafında 30 dəqiqləik atışma qeydə alınıb.

Onun sözlərinə görə, Ukrayna ordusu ağır silahları cəbhə xəttindən atəşin tam dayandrılmasından sonra geri çəkəcək.

Separatçıların nümayəndəsi Eduard Basurin bu məlumatları təkzib edib, əksinə, hökumət qüvvələri tərəfindən təxribatlar olduğunu və elə bir ciddi toqquşma baş vermədiyini bildirib: "Separatçılar fevralın 4-də Debaltseve yaxınlığındakı sektor daxil olmaqla cəbhə xəttindəki 4 ərazidən ağır silahların geri çəkməyə başlayıb."