Taekvondoçularımız uğurlu çıxış edib

24 Fevral 2015 21:00 (UTC+04:00)

Dağıstan Respublikasında keçirilən taekvondo üzrə "Cup of Daqestan" turniri başa çatıb. Fevralın 21-dən 22-dək təşkil olunan turnidə ölkəmizi Sumqayıt Olimpiya İdman Kompleksin taekvondo bölməsinin idmançıları təmsil ediblər. 500-dək taekvondoçunun iştirak etdiyi yarışda 15 taekvondoçumuz qüvvəsini sınayıb. Belə ki, yeniyetmələr arasında 33 kq çəki dərəcəsində Xanoğlan Kərimov, gənclər arasında Fizam Mehdiyev(-55 kq), böyüklər arasında isə Murad Abdullayev (-74 kq) rəqiblərinə şans verməyərək qızıl medal qazanıblar. Uşaqlar arasında Ömər Məmişsazə (-36 kq), yeniyetmələr arasında Xəyyam Paşayev (+65 kq), gənclər arasında isə Cavid Məmmədov (-48 kq) yarımfinalda məğlub olaraq gümüş medala sahib çıxıblar. Uşaqlar arasında 22 kq dərəcəsində tatami üzərinə çıxan Ramal Çəfərov yarımfinalda gərgin keçən mübarizədən 1 xal fərqi ilə məğlub ayrılaraq turniri bürünc medalla bitirib. Digər təmsilçilərimizdən uşaqlar arasında Gülsüm Həsənzadə (-30 kq), yeniyetmələr arasında Məhəmməd İlyasov (-36 kq) fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.