"Bloomberg" manatdan yazdı

24 Fevral 2015 22:00 (UTC+04:00)

"Bloomberg News": Valyuta devalvasiyası ölkələr üzrə fərqlənir.

"Regionun valyutaları düşməkdə davam edəcək. Təsəvvür edin ki, Avropa avronu qəbul etməsəydi və Almaniya valyutasını salmaqla ixrac rəqabətliliyini gücləndirsəydi, necə böhran baş verərdi. İndi belə bir böhranı izləmək üçün nadir imkan yaranıb. Avronu tənqid etmək yaxşı səslənir, ancaq bu valyuta avropalıları oxşar fəlakətlərdən qoruyur. Digər tərəfdən, postsovet ölkələrinin biri üçün valyuta şoku digərlərinə də şok yaradır."

Movqe.az xəbər verir ki, bunu "Bloomberg News"da Leonid Berşidsky adlı müəllif yazıb.

Müəllif bildirir ki, bu il dünyada ən pis göstəricisi olan beş valyuta postsovet məkanına aiddir. Bu siyahıya hələ Rusiya rublu aid deyil. Valyuta devalvasiyası ölkələr üzrə fərqlənir, ancaq ümumi bir problem də var: Rusiyada iqtisadi böhran və işğalçı siyasət. Post-sovet ölkələri iqtisadi baxımdan yenə də bir-birindən asılıdırlar, hətta Moskva ilə münasibətləri xoş olmayanlar belə...

O, ötən iki ayda ən çox düşən milli valyutalar sırasında rubl, gürcü larisi, Azərbaycan manatının olduğunu da vurğulayır: "Azərbaycanın problemi neft ixracatçısı olmasıdır. 2011-ci ildən saxlanan manat məzənnəsi getdikcə baha başa gəlirdi... Rusiya bu ölkənin əsas ixrac bazarı olmasaydı, devalvasiya da belə kəskin getməzdi. Ötən il ixrac kəskin düşdü, üçüncü rübdə düşüş 30 faiz idi."