Quba rayon məhkəməsinin qarşısında bıçaqlanma
hadisəsi baş verib. Movqe.az anspress-ə istinadən xəbər
verir ki, hadisə günorta təxminən saat 12:50-də olub. Quba rayon
polis şobəsinin müstəntiqi Mirmehdi Seyidovun verdiyi məlumata
görə, Quba şəhər sakini 50 yaşlı Elçin Məmmədov qonşusu 46 yaşlı
Gülarə Əsədova ilə aralarında olan inzibati işlə əlaqədər
məhkəmədən sonra mübahisə edib.
Mübahisə zamanı Gülarə Əsədovanın qızı 22 yaşlı Aynur Əsədova
Məmmədovdan bacısını harada gizlətdiyini soruşub. Elçin Məmmədov
isə belə cavab verib: "Sənin bacındı, bilmirsən o restoranlarda
gəzir".
Aynur Əsədova bu sözlərdən sonra Elçin Məmmədova üç bıçaq zərbəsi
vurub. E.Məmmədov xəstəxanaya aparılıb, hazırda onun vəziyyəti
qənaətbəxşdir. Aynur Əsədova və onun anası Quba rayon polis
şobəsində izahatları alındıqdan sonra sərbəst buraxılıblar. Qeyd
edək ki, Gülarə Əsədovanın digər qızı Günay Əsədova 15 gündür itkin
düşüb.