Bakıda evdən qumbara və güllə aşkarlanıb
25 Fevral 2015 09:20 (UTC+04:00)
Bakı sakininin evindən silah-sursat aşkarlanıb. Rəşad Səfəralıyev -
özünün dediyi kimi təsadüf nəticəsində - tapdığı silah-sursatı
hüquq-mühafihə orqanlarına təhvil vermək əvəzinə evində
gizlədib.
Bir müddətdən sonra isə polis əməkdaşlarına Rəşadın mənzilində
qumbara olması barədə məlumat daxil olub. Baş mütəşəkkil
cinayətkarlıqla mübarizə idarəsinə daxil olan məlumat əsasında
Rəşad Səfəralıyev saxlanılaraq istintaqa təhvil verilib.
Onun yaşadığı evə baxış zamanı alışdırıcıları ilə birlikdə 2 ədəd
əl qumbarası və 58 ədəd müxtəlif çaplı patron aşkar edilərək
götürülüb.
Faktla bağlı saxlanılan şəxs barəsində cinayət məcəlləsinin müvafiq
maddəsi ilə cinayət işi başlanılıb. İstintaq zamanı Rəşad
Səfəraliyevin silah-sursatı əldə etdiyi mənbənin kimliyinə də
aydınlıq gətiriləcək.