Emin əkizləri ilə moda gecəsində- Fotolar

25 Fevral 2015 09:42 (UTC+04:00)
Müğənni və tanınmış iş adamı Emin Ağalarov Moskvada keçirilən moda gecəsinə oğlanları ilə qatılıb. 

"Qafqazinfo"nun tatler.ru-ya istinadən məlumatına görə, "Krokus City Mall"da baş tutan tədbirdə əkizlər modellər qədər diqqət çəkiblər. Bu, əkizlərin Moskvada ataları ilə birgə qatıldıqları ilk belə tədbirdir. 

Əli və Mikayıl "Krokus"un mərməri üzərində əyləniblər. Onların mərasimdə iştirakı italiyalı dizayner Alberto Quardianini də məmnun edib.