7 yaşlı qızdan intihar bombaçısı olaraq istifadə etdilər

25 Fevral 2015 09:53 (UTC+04:00)

Nigeriyada Boko Haram Təşkilatı, yeddi yaşındakı bir qız uşağından intihar bombaçısı olaraq istifadə edib. Kiçik qız özüylə birlikdə 5 adamın ölümünə, 19 nəfərin isə yaralanmasına səbəb olub.


Movqe.az xəbər verir ki, Ölkənin şimal-şərqindəki Potiskumda bir bazar yerinde üzərindəki bombanı partladan kiçik qız özüylə birlikdə 5 adamın ölümünə, 19 nəfərin isə yaralanmasına səbəb olub. Dövlət başçısı Goodluck Jonathan, Nigeriyada şəriət dövləti qurmaq istəyən Boko Haramın potensialını nəzərə almadıqlarını etiraf edib.

Qeyd edək ki, Boko Haram daha əvvəl də 11-12 yaşlarında uşaqladan intihar bombaçısı olaraq istifadə etmişdi.