Müsavat Partiyasının 7 üzvü istefa verib

25 Fevral 2015 10:55 (UTC+04:00)

Müsavat Partiyasının 7 üzvü partiyadan istefa verib. 

Movqe.az xəbər verir ki, Bu barədə Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy öz "facebook" profilində yazıb.

S.Əlisoy qeyd edib ki, Əlisoylar Müsavatla vidalaşdı: "Kimsə nəsə axtarmağa cəhd etməsin, məni -Səxavət Əlisoyu absurd arqumentlərlə partiya üzvlüyündən xaric etdikdən sonra bizimkilərin orada qalması şərəf məsələsi idi: "Şərəfsizlər üçün şərəfin dəyəri olmur" deyiminə inandığım üçün Əlisoyların 7 nəfər üzvünün Müsavat Partiyasından istefa etdiyini açıqlayıram".