Suarez "Mançester Siti"yə qalib gəldi

25 Fevral 2015 11:45 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Fevralın 24-də UEFA Çempionlar Liqasının 1/8 finalı çərçivəsində keçirilmiş "Mançester Siti" - "Barselona" oyununda Luis Suarez rəsmləşdirdiyi dubl ilə ispan klubuna 2:1 hesablı qələbə qazandırdı. Sergio Aqueronun 69-cu dəqiqədə vurduğu top İngiltərə klubunun vəziyyətini bir az asanlaşdırdı.

Qeyd edək ki, 1/8 finalın digər oyunu, "Yuventus" - "Borussiya Dortmund" qarşılaşması ev sahibinin 2:1 hesablı qələbəsi ilə bitdi. Karlos Tevezin 13-cü dəqiqədə vurduğu topa cəmi beş dəqiqə sonra Marko Roys cavab verə bilsə də, Alvaro Moratanın 42-ci dəqiqədə vurduğu qol İtaliyalı kluba qələbə gətirdi.