Gəncədə 23 yaşlı qadın dəm qazından zəhərlənib

25 Fevral 2015 11:25 (UTC+04:00)

Gəncə şəhər sakini 23 yaşlı Esmira İskəndərova yaşadığı mənzilin vanna otağında dəm qazından zəhərlənib.

Movqe.az Kəpəz televiziyasına (Region TV) istinadən xəbər verir ki, o, dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Xəstənin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, lazımi tədbirlər görülüb və hazırda E.İskəndərovanın vəziyyəti orta-ağırdır.