Bahalı yol nəqliyyat hadisəsi

25 Fevral 2015 11:26 (UTC+04:00)

Bu gün səhər 09:15 radələrində paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Movqe.az xəbər verir ki, rayonun Ceyhun Hacıbəyli prospekti ilə hərəkət edən Mercedes-Benz SLK markalı 90-UJ-151 dövlət qeydiyyat nömrəli avtomobil işıqforun qırmızı işığını gözləmədən hərəkət edib. Bu zaman Vaqif prospekti ilə hərəkət edən Nissan "Juke" markalı 90-SB-231 dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini vurub. Zərbənin təsirindən Mercedes-Benz yolun kənarda dayanan 99-EK-909  və 99-EV-302 dövlət qeydiyyat nömrəli avtomobillərə dəyib. Hadisə nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Bundan başqa, Nissan "Juke"un sürücüsü və maşında olan digər sərnişin bədən xəsarətləri ilə xəstaxanaya yerləşdirilib.