Oskar mükafatı almış qısa animasiya filmi-VİDEO

25 Fevral 2015 12:50 (UTC+04:00)

Paperman

Paperman adlı bu qısa animasiya filmi 2012-ci ildə hazırlanıb. Çox sayda bəyəni alan bu qısa animasiya filmi, daha sonra Oskar mükafatına layiq görülüb.

Paperman, XX əsrin ortalarında Nyu-Yorkun rəngsiz, monoton, darıxdırıcı mühitində keçən, gənc və tənha bir ofis çalışanının hekayəsidir. Evindən iş yerinə doğru gedərkən şans əsəri qarşılaşdığı gənc qadınla ikinci dəfə üz-üzə gəlmə fürsətini tapan qəhrəmanımızın ağlına maraqlı bir üsul gəlir və bunun nəticəsində də heç ümid etmədiyi bir vəziyyətlə qarşı-qarşıya qalır.

Movqe.az qısa animasiya filmini təqdim edir.