İŞİD-dən misilsiz vəhşilik

25 Fevral 2015 13:35 (UTC+04:00)

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı orta əsrlərdəki gerizəkalı "dünyagörüş"ü bərpa etməkdədir.


Movqe.Az Al Arabia-ya istinadən bildirir ki, İŞİD İraqda ələ keçirdiyi və nəzarətində olan Mosul şəhərinin mərkəzi kitabxanasını partladıb.

Kitabxanaya soxulan terrorçular partladıcı qurğular quraşdırandan sonra binanı tərk ediblər.

Az sonra güclü partlayış baş verib, yanğın başlanıb.

Kitabxananın direktoru Qanem ət Təanın dediyinə görə, üçmərtəbəli bina yanarkən İŞİD terrorçuları həyətdə 10 min kitaba od vurublar.

Bu kitabların hamısı nadir nüsxələr, əlyazmalar idi.

İraqın Ənbar vilayətində isə İŞİD terrorçuları 7 kitabxananı darmadağın edərək 120 mindən artıq kitab yandırıblar.