Bakıda silsilə dələduzluq cinayəti

25 Fevral 2015 14:15 (UTC+04:00)

Bakıda silsilə dələduzluq cinayətləri törədilib. Daxili İşlər Nazirliyindən Movqe.Az-a verilən məlumata görə, yanvarın 18-də Vüqar Hüseynov dələduzluq əməli üstündə Binəqədi Rayon Polis İdarəsi tərəfindən tutulub. Sonradan məlum olub ki, o, daha 8 nəfərin etimadını qazanaraq ümumilikdə onlardan 26100 manat alıb.


Əlövsət Məhərrəmov isə 6 nəfərin etimadını qazanıb ümumilikdə onlardan 50710 manat alıb. Nəsimi rayon polisi onun işini araşdırır. Pirallahı polisi isə Faiq Əlirzayevin fırıldaq yolu ilə Bakı şəhər sakini Teymur Əfəndiyevin və Balakən rayon sakini Abdulla Abdullayevin etimadını qazanıb ümumilikdə onlardan 7700 manat almasını müəyyən edib.