Azərbaycanda orta məktəbdə intihar hadisəsi

25 Fevral 2015 17:00 (UTC+04:00)

Cəlilabad şəhərində intihara cəhd hadisəsi baş verib. Hadisə fevralın 25-də Cəlilabad şəhər 7 saylı orta məktəbdə qeydə alınıb. Məktəbin 7-ci sinif şagirdi, 13 yaşlı Ə.Ə. özünü məktəbin 3-cü mərtəbəsindən atıb. Qız müəllimləri tərəfindən dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda vəziyyətin orta-ağır olduğu bildirilir.

İntihara cəhdin səbəbləri hələlik məlum deyil, faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.