Müğənni-teleaparıcı nişanlısından zaman istədi

25 Fevral 2015 17:18 (UTC+04:00)
Movqe.az xəbər verir ki, klipdəki tərəf müqabili Qafur bəylə tanışlıqdan sonra münasibətləri ciddiləşən müğənni və teleaparıcı Vüsalə Rəcova ailə qurmağa tələsmir. Cəmiyyətdə boşanmaların sayını artıdığını görən sənətçi nişanlısını yaxından tanımaq üçün ondan zaman istyəyib: "Ətrafımdakı insanların sevərək ailə həyatı qurduğunu, sonradan kənar müdaxilələr nəticəsində o sevginin puç olduğunu görəndə, qərar verməyə tələsmirəm. Kişi yoldaşını sevib, ona artıq ilgi göstərirsə, çoxu bunu arvada bağlı olduğunu, onun sözü ilə oturub durduğunu beyninə yeritməyə çalışır. Qaynana, baldız münasibətləri də burda rol oynadısa, ailə möhkəm ola bilmir, dağılır. Mən Qafuru hər tərəfli sınayıb, tanımağa çalışıram. Hələki münasibətimizə xələl gətirən yoxdu. Amma heç kim heç nədən sığortalanmayıb. Hər bir addımımı düşünərək atıram" . V.Rəcovanın fikrincə, uşaq ailənin möhkəmlənməsində vacib rol oynayır. O, gənc ailələrə bu sevinci yaşamağı arzuladı.