ATV telekanalında qarşıdurma

25 Fevral 2015 18:35 (UTC+04:00)

Mətanət Əliverdiyevanın verilişində novruz ənənələri ilə bağlı müzakirələr qarşıdurmaya səbəb olub. Tabloid.az xəbər verir ki, Könül Kərimova, Elnur Məmmədov, Zaur Rzayev və Rəhman Quliyevin qonağı olduğu verilişdə fikirlər  Milli Elmlər Akademiyasının fəlsəfə üzrə doktoru Atəş Əhmədin novruz bayramında papaq atmaq ənənəsinin ləğv olunmasına münasibət bildirərkən haçalanıb.  Atəş Əhməd  qeyrət rəmzi olduğundan qapılara papaq atmağın yığışdırılmasını, əvəzində isə xüsusi torbalar hazırlanmasını təklif edib.

Məsələyə ilk münasibət bildirən Zaur Rzayev bu ideyanın əleyhinə olub.

"Onu biznes üçün deyirlər. Yeni il şaxta baba, Qarqızsız olsa, onu qəbul edərik? Yox. Belə şeylərə fikir vermək olmaz. Papağı biz qeyrət əlaməti olaraq fikirləşmirik. Onu atan da balaca azyaşlı uşaqlardır".


Müğənni Könül Kərimova isə Zaur Rzayevin fikri ilə razılaşmayıb.


"Torba olsa, yaxşı olar. Bu gigiyenik baxımdan da düzgün olar. Təsəvvür edin, başdan çıxan papağı yerə qoyurlar. Onun içinə şirniyyat qoyurlar. Daha sonra o şirniyyatlar yeyilir, papaq isə yenidən başa qoyulur. O papaq nə gündə olar"?


Aktyor Rəhamn Quliyev isə "Dəli Kür" filmindən nümumə gətirərək, o vaxtlar papaq deyil, torba qoyulduğunu xatırladıb.


Aparıcı Mətanət Əliverdiyeva da alimin fikri ilə razılaşıb.