"Əslində, Ermənistan da Dağlıq Qarabağ probleminin qurbanıdır"

25 Fevral 2015 19:00 (UTC+04:00)

"Minsk Qrupu vaxtında həll üçün səmimi yanaşma ortaya qoysaydı, bu gün bəzi ölkələr bu zərərləri çəkməli olmazdı"

"Əslində, Ermənistan da Dağlıq Qarabağ probleminin qurbanıdır".


Movqe.az-ın məlumatına görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ADA Universitetində mühazirəsi zamanı deyib.


O bildirib ki, ortada həlli dondurulmuş bir münaqişə varsa, hər kəs bundan zərər çəkməli olacaq: "Minsk Qrupu vaxtında həll üçün səmimi yanaşma ortaya qoysaydı, bu gün bəzi ölkələr bu zərərləri çəkməli olmazdı".


Nazir Azərbaycana səfərinin Xocalı qətliamının ildönümünə təsadüf etdiyini vurğulayıb: "Bu qətliamı unutmayacağıq və unutdurmayacağıq. Bunu törədənləri də lənətləyirik".