Ərdoğan: "Xocalıdakı qardaşlarımız yandırılaraq qətlə yetirildi"

25 Fevral 2015 18:30 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı faciəsi ilə bağlı başsağlığı verib.Movqe.az xəbər verir ki, bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.


Prezident başsağlığında bildirib: "1992-ci ildə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Xocalı şəhərindəki qardaşlarımız yandırılaraq qətlə yetirildi".


R.T.Ərdoğan qeyd edib: "Şəhidlərimizin əziz xatirəsini yad edir, Allahdan onlara rəhmət diləyir, Azərbaycan xalqına başsağlığı veririk. Allah azərbaycanlı qardaşlarımıza bir daha belə zülm yaşatmasın".