UEFA "Steaua" klubunu cəzalandırdı

25 Fevral 2015 22:00 (UTC+04:00)

UEFA "Steaua" klubuna qarşı sanksiya tətbiq edib.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Rumıniya təmsilçisi qarşıdakı 2 avrokubok matçını boş tribunalar önündə keçirməli olacaq. "Steaua" azarkeşlərinin "Dinamo Kiyev"lə oyundakı intizamsızlığı bu cəzaya səbəb olub. Qarşılaşma Avropa Liqasının qrup mərhələsində, dekabrın 11-də baş tutmuşdu. "Dinamo"nun 2:0 qələbə qazandığı oyunda rumın azarkeşlər irqçi şüarlar səsləndirmiş, lazer tuşlayıcısından istifadə etmiş və meydançaya pirotexniki vasitələr atmışdılar. Boş tribunalar önündə oynamaqla yanaşı, Buxarest təmsilçisi 20 min vro həcmində cərimə də ödəməlidir. Qeyd edək ki, "Steaua" Avropa Liqasının qrup mərhələsində mübarizəni dayandırmışdı.