"Borussia" argentinalı forvard üçün 40 milyon təklif edir

25 Fevral 2015 23:00 (UTC+04:00)

"Borussia Dortmund" son vaxtlar futbol ictimaiyyətinin diqqətini çəkməyi bacaran Paolo Dibala ilə maraqlanır.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Dortmund klubu gənc argentinalı üçün 40 milyon avro təklif etmək istəyir. Dibalanın "Borussia"ya keçidi yayda reallaşa bilər. Forvarda "Chelsea", "Manchester United" və "Manchester City" klubları da maraq göstərir. Bu mövsüm "Palermo"nun heyətində 24 oyuna çıxan Dibala 12 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib.