Movqe.az günün qoroskopunu təqdim edir.
Qoç- çoxdan bəri çin olmasını
arzuladığınız istəyiniz bu gün reallaşa bilər. Yeni gəlir, hədiyyə
də istisna deyil. Yaxşı, uğurlu, düşərli gündür. Yaradıcılıqla
bağlı fəaliyyət məhsuldar olacaq. Yaxın ətrafınızdakı insanlar
dediklərinizə diqqətlə qulaq asacaqlar.
Günün ikinci yarısı işgüzar danışıqlar üçün əlverişli deyil.
Sizi narahat edən məqamı yaxınlarınızla paylaşa bilərsiniz. Nüfuzunuza zərbə vura biləcək qərar verməyin.
Axşam saatlarındakı romantik təmaslar kefinizi kökəldəcək.
Buğa- yaradıcı potensialınızdan maksimum
dərəcədə bəhrələnin. Amma bilin ki, ailə qayğıları və məişət
problemləri bəlli çətinliklər yaradacaqlar. Diqqətli, huşyar, sayıq
olun. Əks təqdirdə işdə rəhbərliyin narazılığına səbəb
olacaqsınız.
Günün ikinci yarısında avantüra layihələrə qatılmayın. Eşidəcəyiniz təklif nə qədər şirnikləndirici və cazibədar təsir bağışlasa da, ilkin təəssüratlara inanmayın.
Yaxınlarınız və ya ailə üzvlərinizdən birinin səhhətində problemlər yaranacaq. Sağlıq durumunuzu dəyərləndirin.
Əkizlər- müstəqillik istəyi, azadlıq
yanğısı sizi düşünülməmiş addımlara vadar etməməlidir. Öz
maraqlarınızla yanaşı, sizdən asılı insanların mənafelərini də
düşünün. Başladığınız işə maksimum diqqət yetirin. Mənasız, kiçik
qayğıları unudun.
Yeni layihəyə başlamaq, dövlət qurumlarına müraciət etmək, səfərə yollanmaq üçün yaxşı zaman deyil.
Ailədəki vəziyyət sakit, normaldır. Ötənlərdə aranızda fikir ayrılıqlarına və mübahisələrə səbəb olmuş məsələni yenidən müzakirə etməyə çalışmayın. Uzaqdan qonaqlar, qohumlar gələ bilər.
Xərçəng- təcili həllini tələb edən
problemlər var. Ağır, laübəli gündür və çətinliklərin sayı sürəkli
artır. Əsas problemlər maliyyə ilə bağlıdır. Özünüzü ələ alın,
çətinliklər qarşısında geri çəkilməyin. Qətiyyətli olsanız,
irəliləyiş sizi sevindirəcək.
Günün ikinci yarısında tərəfdaşla münasibətlərdə nəyisə kökündən dəyişmək olmaz. İnciklik, qarşılıqlı iradlar yaranacaq. Situasiyanı tənxminləmək üçün mümkün qədər açıq danışın. Belədə ittifaqı möhkəmlədə bilərsiniz.
Axşam saatlarında evdən kənarda istirahətə yollanın.
Şir- əhvalınızın pisləşməsi üçün heç bir
real səbəb yoxdur. İşgüzar görüş və ya məsləhətləşmə pis
keçməyəcək. Müqavilələrin imzalanması, yeni layihənin müzakirəsi
üçün pis zaman deyil. Rəqiblərin planlarından vaxtında xəbər
tutmağa çalışın. Bədxahın dediklərinə baş qoşmayın.
Günün ikinci yarısında əsəblərinizə hakim olun. Münaqişə səbəbkarı olmayın, opponentinizi sakitləşdirin. Yaxınlarınızla ünsiyyətdə harmoniyaya nail olun.
Axşam saatları romantik anlar vəd edir. Hər şey o qədər də pis deyil.
Qız- işlədiyiniz məkandakı situasiya
nevroz həddinə çata bilər. Həmkarlarınız həll etməli olduğu
məsələnin çözümünü sizə həvalə etməyə çalışırlar. İlk baxışdan
kiçik, amma mümkün qədər qısa müddətdə aradan qaldırılmasını tələb
edən çətinliklər var. Məhsuldarlıq səviyyəniz yüksək olmalıdır.
Günün ikinci yarısında işləri vaxtında və keyfiyyətlə başa vurmağa can atın.
Əsəblərinizi sakitləşdirmək üçün yolverilməz üsullar seçməyin. Ehtiyatlı olun - intoksikasiya riski var. Gərgin situasiyanı açıq havada gəzinti, birgə istirahət nizamlaya bilər.
Tərəzi- yaradıcılıqla məşğul olanlar
yeni uğurlar əldə edə bilərlər. İşlə bağlı məsələlər ikinci plana
keçməməlidir. Hisslərə qapılmayın, illüziyaların əsiri olmayın.
Problemləri unutmağa çalışmayın, istirahətə can atmayın.
Əyləncəni təxirə salın.
Günün ikinci yarısında avantüraya aldanmayın. Macərapərəstliyin pis sonucları da olur. Sevdiyiniz insanla söhbətdə qarşı tərəfi sonadək dinləyin.
Vədləri unutmayın, sözünüzün üstündə durun.
Əqrəb- peşəkar fəaliyyətinizlə bağlı
məqamları sürətlə həll etmək olar. Ev işlərini də unutmayın. Yaşam
arealında nizam yaradın. İndiyədək önəmsiz saydığınız və fikir
vermədiyiniz məsələ bundan sonra da çözümsüz qalarsa, ciddi
fəsadlara səbəb ola bilər.
Günün ikinci yarısı yeniliklər zamanıdır. Ailə fərdləri ilə təmaslarda qaba olmayın. Valideynlərinizin dediklərini qulaqardına vurmayın. Axşam saatlarında romantik görüşün heç bir perspektivi yoxdur.
Oxatan- emosional gündür. Əsəbləriniz
tarıma çəkilə bilər. İntuisiyanızın səviyyəsi yüksək olmalıdır.
Çözümü indiyədək çox çətin təsir bağışlayan problemi asanlıqla həll
etmək olar. Kommersiya, təhsil, inşaat sahələrində çalışanlar üçün
uğurlu zamandır.
Günün ikinci yarısında vurnuxma olacaq. İstəklər, təkliflər, zənglər artacaq. Vaxtında "yox" deyə bilməsəniz, başladığınız iş yarımçıq qala bilər.
Ailə həyatında problem yaranıb. Yaxınlarınız sizi laqeydlik, soyuqanlı davranışda suçlayırlar. Qarşılıqlı iradlara aludə olmayın. Diqqətiniz işdən yayınmasın.
Axşam saatlarında yaxşıca istirahət edin.
Oğlaq- situasiya üzərində kontrolu
itirməyin. Sakit, səbrli olun. Günü itkilərsiz başa vurmaq üçün
mümkün imkanlardan yararlanın. Maliyyə məsələlərinin həlli çox vaxt
alacaq. Ailə büdcənizi əlavə gəlirlə normallaşdırmaq şansı varsa,
yararlanın.
Günün ikinci yarısında işlər az deyil. Amma gəlirlər çox olmayacaq. İzafi xərclərə yol verməyin, bədxərclik etməyin.
Yaxınlarınızla təmaslarda səmimi, qayğıkeş olun. Axşam saatlarında gəzintiyə yollanın.
Dolça- günün ilk yarısında planları
yeniləyin. Nə istədiyinizi anlamağa çalışın. Yeni layihəyə başlamaq
olar, amma qəti qərar verməyə tələsməyin. Risklərə aldanmayın.
Mümkün qədər tez çözə biləcəyiniz işlə məşğul olun.
Günün ikinci yarısında imicinizdə və ya yaşam arealınızda dəyişikliklər etmək olar.
Əsassız, heç bir səbəbi olmayan şübhələrə qapılmayın. Yaxınlarınızla və dostlarla mübahisə etməyin. Əsəblərinizi qoruyun.
Axşam saatlarında romantik görüş istisna deyil.
Balıqlar- tələskənliyə qapılmayın,
vurnuxmalarda iştirak etməyin. Özünütənqidə həddən artıq aludə
olmayın. Yaxın ətrafınızdakı insanlardan birinin yardıma ehtiyacı
var. Ona kömək edin.
Mənəviyyatsız insanlardan uzaq durun.
Günün ikinci yarısında yalan qurbanı olmaq riski var. Qanunları pozmayın.
Şəxsi münasibətlərdə problemlər yarana bilər. Səhhətinizə fikir verin. Yaxınlarınızdan birinin sağlıq durumunda problemlər istisna deyil. Ruhdan düşməyin, bədbinliyə qapılmayın.