Bu yollar bağlı olacaq
26 Fevral 2015 10:26 (UTC+04:00)
Bu gün Xocalı soyqırımının 23-cü ildönümü ilə
əlaqədar bəzi paytaxt yollarında avtomobillərin hərəkəti
məhdudlaşdırılacaq. Bakı Şəhər Dövlət Yol Polisi idarəsinin
İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədovun Movqe.az-a
verdiyi açıqlamaya görə, Xocalı prospektində yerləşən "Ana harayı"
abidəsinin önündə keçiriləcək ümumxalq hüzn mərasimində iştirak
edənlərin rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması
məqsədilə həmin ərazidə bütün avtomobillərin hərəkətinə məhdudiyyət
qoyulacaq. Bundan əlavə Yusif Səfərov,
Nəcəfqulu Rəfiyev, Fəzail Bayramov, Sabit Orucov və digər kəsişən
küçələrdən Xocalı prospektinə doğru hərəkət dayandırılacaq. Buna
görə də vətəndaşlara qeyd olunan ərazilərdən şəxsi
avtomobillərindən istifadə etməməyi və mümkün qədər ictimai
nəqliyyatdan istifadə etmək tövsiyyə olunur.